Con Lundvik
From Wikipedia, the free encyclopedia
Con Lundvik (ing. John Lundvik; d. 27 yanvar 1983, London, İngiltərə) — İsveç müğənnisi, bəstəkar və keçmiş qısa məsafə qaçışçısı. O, IFK Vekşö atletika komandasının üzvü olmuşdur. Peşəkar müğənni və bəstəkar olan Lundvik müxtəlif filmlər üçün mahnılar bəstələmişdir. İsveç şahzadəsi Viktoriya və Daniyel Vestlinqin toy mərasimində məhz onun bəstələdiyi mahnı səsləndirilmişdir.
Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Con Lundvik | |
---|---|
ing. John Lundvik | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Con Hassim Lundvik ing. John Hassim Lundvik |
Doğum tarixi | (41 yaş) |
Doğum yeri | London, İngiltərə |
Vətəndaşlığı |
İsveç Böyük Britaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, qısa məsafə qaçışçısı |
Fəaliyyət illəri | 2010–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
johnlundvik.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
2018-ci ildə o, "My Turn" mahnısı ilə İsveçin nüfuzlu Melodifestivalen mahnı yarışmasında iştirak etmiş və üçüncü yerdə qərarlaşmışdır. 2019-cu ildə Con "Too Late for Love" mahnısı ilə Melodifestivalendə qələbə qazanaraq İsveçi İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.[1]