Corco Kinalya
italyan futbolçusu / From Wikipedia, the free encyclopedia
Corco Kinalya (it. Giorgio Chinaglia; 24 yanvar 1947[1][2], Karrara, Toskana[3] – 1 aprel 2012[4][1][…], Neapol[3]) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib.[5][6]
Corco Kinalya | |
---|---|
it. Giorgio Chinaglia | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1947(1947-01-24)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 2012(2012-04-01)[4][1][…] (65 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 186 sm |
Çəkisi | 80 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb. Bir neçə dəfə iqtisadi cinayətlərə görə mühakimə olunub.