Cordan Piterson
Kanadalı klinik psixoloq / From Wikipedia, the free encyclopedia
Cordan Bernt Piterson (12 iyun 1962[1], Edmonton[2]) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır.[5][6][7] Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını,[8] şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir.[9]
Cordan Piterson | |
---|---|
ing. Jordan Peterson | |
Doğum adı | Jordan Bernt Peterson |
Doğum tarixi | 12 iyun 1962(1962-06-12)[1] (61 yaş) |
Doğum yeri | |
Uşaqları | 2 |
Elm sahələri | psixologiya, Klinik psixologiya, Sosial psixologiya[3], Din psixologiyası[3], Düşüncə[3], Milli şüur[d][3] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
jordanbpeterson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir.[10] 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir.
Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır.[11][12][13] Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.[14][15][16]
2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış[17], həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.[18][19][20]