Cəlil Məmmədquluzadə
Azərbaycanlı satirik, yazıçı və dramaturq / From Wikipedia, the free encyclopedia
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869[1], Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri[2][3][4][5]. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[7].
Cəlil Məmmədquluzadə | |
---|---|
Doğum tarixi | 10 (22) fevral 1869[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1932(1932-01-04) (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | Münəvvər Məmmədquluzadə, Midhət Məmmədquluzadə, Ənvər Məmmədquluzadə-Cavanşiri |
Atası | Məmmədqulu Məmmədquluzadə |
Anası | Sara Məmmədquluzadə |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı, şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | nəsr |
Cəlil Məmmədquluzadə Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |