Dairəvi Mərdəkan qalası
From Wikipedia, the free encyclopedia
Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsri— Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]
Dairəvi Mərdəkan qəsri | |
---|---|
40°29′44″ şm. e. 50°08′49″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Mərdəkan |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Memar | Əbdülməcid Məsud oğlu |
Sifarişçi | III Fəribürz |
Tikilmə tarixi | 1232 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | muzey kimi fəaliyyət göstərir |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.2. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur.
Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır.