Darude
From Wikipedia, the free encyclopedia
Ville Virtanen (17 iyul 1975, Eura[d], Satakunta[1]) və ya səhnə adı ilə Darude — Finlandiya DJ-i və prodüseri. O, 1995-ci ildən musiqi karyerasına start vermiş və 1999-cu ilin sonlarında buraxdığı "Sandstorm" hit sinqlı ilə dünyada şöhrəti qazanmışdır. 2000-ci ilin sentyabrında satışa buraxdığı Before the Storm adlı debüt studio albomunun dünyada 800,000-dən artıq nüsxəsi satılmış və Darude üç fin Grammy mükafatına layiq görülmüşdür. Albom Finlandiya hit-paradlarında birinciliyə, Amerikanın Billboard dərgisində isə 6-cı yerədək yüksəlməyə nail olmuşdur. Darudenin ikinci studiya albomu Rush Billboard dərgisində 11-ci yerdə, Finlandiyada isə 4-cü yerdə qərarlaşmışdır.
Darude | |
---|---|
Ville Virtanen | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Toni-Ville Henrik Virtanen |
Ləqəbləri |
|
Doğum tarixi | 17 iyul 1975(1975-07-17) (48 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | Finlandiya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | DJ, prodüser |
Fəaliyyət illəri | 1995–h.h. |
Janrlar |
|
Musiqi aləti | sintezator |
Albom şirkətləri |
|
Əlaqəsi | JS16 |
darude.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun üçüncü studiya albomu olan Label This! 2007-ci ildə işıq üzü görmüşdür. Label This! Darudenin digər albomları kimi uğur qazana bilməsə də, Amerikan bloqu Gawker albomu tərifləmişdir. 2011-ci ildə o, EnMass albom şirkətini yaratmışdır. Həmin şirkət vasitəsi ilə Darude öz musiqilərini buraxmağa başlamışdır. Tomorrowland, Future Music kimi festivallarda çıxış etdikdən sonra 2015-ci ilin avqust ayında Darude Moments adlı dördüncü studiya albomunu buraxmışdır. Daha sonra isə o, Amerika və Kanadada turlar həyata keçirmişdir.
29 yanvar 2018-ci il tarixdə Darudenin Finlandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi elan edilmişdir.[2]