Edessa qraflığı
From Wikipedia, the free encyclopedia
Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.[1]
Tarixi dövlət | |||||
Edessa qraflığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Rəsmi dilləri |
Latın dili İtalyan dili Erməni dili Ərəb dili Yunan dili |
||||
Dövlət dini |
Roma-Katolik kilsəsi Erməni Həvari kilsəsi Süryani Pravoslav Kilsəsi İslam İudaizm |
||||
İdarəetmə forması | Monarxiya | ||||
Qraf | |||||
• 1098 - 1100 | I Baldvin | ||||
• 1131 - 1144 | II Joslen | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi.
İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı.[2] Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı.
Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir. Məhz bu məğlubiyyət Avropanı İkinci Səlib yürüşünə həvəsləndirdi. Ancaq coğrafi mövqeyi və mövcud siyasi mühit səbəbilə İkinci Səlib yürüşündə bu bölgədən yan keçildi və hədəf olaraq Dəməşq şəhəri seçildi. Beləliklə, Edessa xristianların əlindən tamamilə çıxdı.