Ernst Frants Hermann Happel (29 noyabr 1925[1], Vyana – 14 noyabr 1992, İnsbruk) — keçmiş Avstriya oyunçusu və məşqçisi.
Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Ernst Happel |
---|
alm. Ernst Happel |
|
Doğum tarixi |
29 noyabr 1925(1925-11-29)[1] |
Doğum yeri |
|
Vəfat tarixi |
14 noyabr 1992(1992-11-14) (66 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı |
|
Mövqeyi |
müdafiəçi |
|
|
Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
O, futbol tarixinin sayıb-seçilən məşqçilərindən biri hesab olunur. O, Niderland, Belçika, Almaniya və Avstriyada işləyərkən həmin ölkələrin həm çempionatlarını, həmdə kuboklarını qazanmışdır. Bundan başqa, onun çalışdığı klublar 1970 və 1983-cü illərdə Çempionlar Kubokunu qazanmışdır və məşqçi olduğu Niderland millisini 1978 FİFA Dünya Kubokunun finalına qədər çıxarda bilmişdir. O, Çempionlar Kubokunu 2 müxtəlif klub ilə qazanan beş (Karlo Ançelotti, Otmar Hitsfeld, Joze Mourinyo və Yupp Haynkes ilə birlikdə) məşqçidən birinci idi. O, həmçinin ən azı 4 müxtəlif ölkədə yerli çempionatı qazanan altı (Joze Mourinyo, Karlo Ançelotti, Covanni Trapattoni, Tomislav İviç və Erik Gerets ilə birlikdə) məşqçidən biridir.