Everest Baza düşərgələri
From Wikipedia, the free encyclopedia
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.).[1][2][3]
Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur.[4]
Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır. Şimal Baza Düşərgəsinə, Çin Milli Magistralı 318 — dən ayrılan asfalt bir yolla giriş mümkündür. Alpinistlər, hündürlük xəstəliyi riskini və şiddətini azaltmaq üçün, adətən, iqlimləşmə üçün bir neçə gün baza düşərgəsində istirahət edirlər.