Eyr Aoy
From Wikipedia, the free encyclopedia
Eyr Aoy (藍井 エイル, Aoi Eiru?, d. 30 noyabr 1988, Sapporo)[1] – SME Records ilə əməkdaşlıq edən Yaponiya müğənnisi. Niconico video paylaşma platforması sayəsində kəşf edildikdən sonra 2011-ci ildə ilk sinqlı olan "Memoria"nı buraxmışdır.[2] "Memoria" "Fate/Zero" anime serialının birinci bağlanış mahnısı olmuşdur.
Eyr Aoy | |
---|---|
yap. 藍井 エイル | |
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Eir |
Doğum tarixi | (35 yaş) |
Doğum yeri | Sapporo, Hokkaydo prefekturası, Yaponiya |
Vətəndaşlığı | Yaponiya |
Milliyyəti | yapon |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2011–2016, 2018–hazırda |
Janrlar | J-pop, pop-rok, anison |
Albom şirkətləri |
SME Records (2011–2016) Sacra Music (2018–hazırda) |
aoieir.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eyr Aoyun mahnıları "Fate/Zero", "Sword Art Online", "Kill la Kill", "The Heroic Legend of Arslan" kimi bir çox anime seriallarında və "Rank Okoku" kimi verilişlərdə istifadə olunmuşdur. O, həmçinin ABŞ, Cənub-şərqi Asiya və Avropada keçirilən anime tədbirlərində iştirak etmiş və çıxış etmişdir.[3] 2016-cı ilin oktyabrında sağlamlığı ilə bağlı problemlərə görə 2016-cı ilin noyabrında Nippon Budokanda baş tutacaq iki günlük konsertdən sonra qeyri-müəyyən müddətliyinə musiqidən ayrılacağını bildirmişdir.[4] 2018-ci ilin fevralında aprel ayından musiqi dünyasına qayıdacağını açıqlamışdır.[5]