Fayda
From Wikipedia, the free encyclopedia
Fayda - İqtisadiyyatda (ing. Utility) nisbi məmnunluğun ölçüsüdür[1]. Bu ölçü istehlakçının seçimini və ümumi rifah vəziyyətini izah etmək üçün istifadə olunur. [mənbə göstərin]
Utilitarianizm doktrinası faydanın maksimallaşdırılmasını cəmiyyətin nizamedici mənəvi meyar kimi görür. Bu iqtisadi məktəbin Ceremi Bentham (Jeremy Bentham) (1748–1832) və Con Stüart Mil (John Stuart Mill) (1806–1876) tərəfdarlarının sözlərinə uyğun olaraq, cəmiyyət bütun şəxslərin ümumi faydasını maksimallaşdırmalıdır. Başqa sözlərlə, "ən yüksək səadət ən çoxlara".