Frans Kafka
XX əsrin ən böyük yazıçılarından biri / From Wikipedia, the free encyclopedia
Frans Kafka[lower-alpha 1] (alm. Franz Kafka;3 iyul 1883[1][2][…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[1][2][…] – 3 iyun 1924[3][4][…]) — almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi[5] əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür.[6] Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung), "Məhkəmə" (alm. Der Process), "Qəsr" (alm. Das Schloss) və "Milenaya məktublar"(alm. Briefe an Milenas) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" sözü daxil olmuşdur.[7]
Frans Kafka | |
---|---|
alm. Franz Kafka | |
Doğum adı | Franz Kafka |
Doğum tarixi | 3 iyul 1883(1883-07-03)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1924(1924-06-03)[3][4][…] (40 yaşında) |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | roman yazıçısı, təmsil yazıçısı, hekayə yazıçısı[d], aforizmlər müəllifi, gündəlik yazıçısı[d], tərcüməçi, vəkil, ssenarist, şair-vəkil[d], nasir, yazıçı |
Fəaliyyət illəri | 1904-cü ildən |
Əsərlərinin dili | alman dili |
İstiqamət | Ekzistensializm |
Janrlar | modernizm, Belletristika, hekayə, Pritça, roman |
Tanınmış əsərləri | |
franzkafka.de | |
Frans Kafka Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kafka Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu zaman boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.
Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur: hekayə kolleksiyaları "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, lakin az ictimai diqqət almışdır. Kafka dostu Maks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir.