Geğard monastırı
From Wikipedia, the free encyclopedia
Geğard (erm. Գեղարդ, [geghárd], hərfi tərcümədə — "nizə"), həmçinin köhnə Əyrivəng (tərcümədə "mağara monastırı"[1]) adı da istifadə olunur) – Ermənistan Respublikasının Kotayk mərzi ərazisində yerləşən unikal[2] memarlıq abidəsi və monastır kompleksidir. Monastır Qoğt çayının (Azat çayının sağ qolu) vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir. 2000-ci ildə UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına əlavə edilmişdir.[3].
Geğard monastırı | |
---|---|
Գեղարդ | |
40°08′25″ şm. e. 44°49′06″ ş. u. | |
Ölkə | Ermənistan |
Yerləşir | Kotayk mərzi |
Aidiyyatı | EQK |
Sifarişçi | Zaxaryanlar sülaləsi |
Tikilmə tarixi | IV əsr. Əsas bina - 1215-ci il |
Üslubu | Erməni memarlığı |
Vəziyyəti | fəaliyyət göstərir |
Tipi | Mədəni |
Kriteriya | ii |
Təyin edilib | 2000 |
İstinad nöm. | 960 |
Dövlət | Ermənistan |
Region | Qərbi Asiya |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 6.24/29 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Dini tikilinin tam adı Geğardavəngdir (erm. Գեղարդավանք, [geghárdavánkh]), tərcümədə "nizə monastırı" mənasını verir. Monastır kompleksinin adı ehtimala görə Longin nizəsindən götürülüb; belə ki, məhz bu nizə ilə çarmıxa çəkilmiş İsa sancılmışdı.[2] Deyilənə görə, Ermənistan ərazisinə həmin nizəni bir çox digər müqəddəs əmanətlər ilə birlikdə Həvari Faddey gətirmişdi. Nizə hal-hazırda Eçmiədzin kafedralının muzeyində saxlanılır.[2][4]
Monastırın ətrafındakı qayalıqlar, Qoğt çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.[5] Monastır kompleksinin ərazisində çoxlu sayda daş divarların daxilində oyulmuş və ya sərbəst dayanan "xaçkarlar" - yəni ənənəvi erməni daş xatirə stelaları yerləşir.[6] Ermənistanda turistlər tərəfindən ən çox ziyarət olunan tarixi abidə məhz Geğard monastırı hesab olunur.[7]
Geğarda gələn insanların çoxu həmçinin yaxınlıqda, yəni Azat çayının aşağı axınında yerləşən Gərni məbədini də (hansı ki, öz quruluşuna görə məşhur Parfenon məbədini xatırladır) ziyarət üçün seçirlər. Hər iki yerə ziyarət o qədər geniş yayılmış bir haldır ki, ekskursiya qısaca olaraq "Gərni-Geğard" adlandırılır.[8]