Hava limanı
From Wikipedia, the free encyclopedia
Hava limanı və ya aeroport[1] — hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi.
Dünyada yeni və sürətlə inkişaf vedən nəqliyyat növü hava (aviasiya) nəqliyyatıdır. Aviadaşımalarına görə Şimali Amerika və Avropa, ölkələr üzrə ABŞ, Böyük Britaniya, Yaponiya, Fransanı qeyd etmək lazımdır. Hava nəqliyyatının inkişafı ilk növbədə hava limanları şəbəkəsi ilə ölçülür. Dünyanın ən iri hava limanları Çikaqo, Nyu-York, London, Tokio, Paris, Moskva, Los-Anceles, San-Fransisko, Doha, Frankfurt, İstanbul və s. böyük şəhərlərdədir.