Hüseyn bəy Şamlı
From Wikipedia, the free encyclopedia
Hüseyn bəy Şamlı (fars. حسین بیگ شاملو); d. ?, türk mənşəli Şamlı eli - ö. 1514, Çaldıran) — Şah İsmayılın lələsi, Səfəvilər dövlətinin ilk əmir-əl-ümərası və vəkili. Hüseyn bəy Lələ Şamlı I Şah İsmayılın hakimiyyətinin ilk illərində, yəni 1502-1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi. 1504-cü ildə Yəzdin idarəsi də ona tapşırılmışdı. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir əl-üməra vəzifəsindən azad edilmiş, ulka və nökərləri Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı.
Hüseyn bəy Şamlı | |
---|---|
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Məhəmməd bəy Ustaclı |
1501 – 1508 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nəcməddin Məsud Gilani |
1503 – 1509 | |
Əvvəlki | İlyas bəy oğlu Xınıslı |
Sonrakı | Məhəmməd bəy Ustaclı |
Əvvəlki | Məhəmməd bəy Talış |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi lider[d] |
Dini | İslam (Şiə) |
Rütbəsi | general |
Tarixi Qızılbaşan əsərinin müəllifi onun barədə yazır:
“Şamlı tayfasının böyük əmirlərindən biri Hüseyn bəy Lələdir. O, Lahicanda I Şah İsmayılın xidmətində idi. O həzrətin zühurundan sonra əmir əl-üməra oldu və Cihan çayı sahilində Sarı Qaplan tərəfindən məğlub edildikdə gözdən düşdü. Amma Şeybək xanın qətli və Xorasanın fəthindən sonra Herat hakimi oldu. Əmir Nəcmi Saninin məğlubiyyətindən sonra aləmin pənahı olan dərgaha gəldi və Çaldıran döyüşündə öldürldü.” [1]
Mənbədə də qeyd edildiyi kimi, Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə Herata vali göndərilmiş və 1514-cü ildə Çaldıran savaşında öldürülmüşdür.[2]