Həbibulla Hüseynov
From Wikipedia, the free encyclopedia
Hüseynov Həbibulla Eynulla oğlu (10 oktyabr 1910, اردبیل – 16 aprel 1945, Kalininqrad vilayəti) — Cənubi Azərbaycandan olan Qızıl Ordu polkovniki və Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra). Ərdəbildən Bakı şəhərinə mühacirət edən Hüseynov burada yükləyici və montajçı olaraq işləmişdir. Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış və artilleriya zabiti olmuşdur. O, Böyük təmizləmə zamanı həbs edilmiş və İran casusu olmaqda ittiham edilmişdir. Aylar sonra azad edilmiş və zenit artilleriya batalyonunun komandanı olmuş, İkinci Dünya Müharibəsində bu vəzifədə xidmət etmişdir. XIII atıcı diviziyanın bir hissəsi olan bölməsi almanların başlatdığı Barbarossa əməliyyatından sonra Belarusiyanın qərbində mühasirəyə düşmüş, lakin Hüseynov sağ qalanlara rəhbərlik edərək mühasirəni yarmağı bacarmışdır. Onun batalyonu sonradan yenidən təşkil edilmiş və Kalinin ilə Rybinskin hava hücumundan müdafiəsində iştirak etmişdir. 1942-ci ilin iyununda Hüseynov zanit artilleriya batalyonunun komandanı kimi İvanovonun müdafiəsinə qatılmışdır. 1942-ci ilin oktyabrında o, zenit artilleriya alayının komandanı olmuş və iki ay sonra I Mühafizə ordusunun tərkibinə köçürülmüşdür. Onun alayı Tatsinskaya hücumuna qatılmış və bu hücumda 24-cü tank korpusu tərkibində çıxış etmişdir. 1943-cü ilin iyun və sentyabr ayları ərzində o, IV zenit artilleriya diviziyasının qərərgah rəisi kimi xidmət etmişdir. 1943-cü ilin sentyabrında o, 67-ci zenit artilleriya diviziyasının komandanı təyin edilmiş və ölümünə qədər bu vəzifədə xidmət etmişdir. Onun diviziyası Baltik hücumu, Kurlandiya mühasirəsi, Şərqi Prussiya hücumu və Kalininqrad hücumunda iştirak etmişdir. Hüseynov 1945-ci ilin aprel ayının 16-da Kalininqrad hücumunda iştirak edərkən öldürülmüşdür.[1][2]
Hüseynov Həbibulla | |
---|---|
Hüseynov Həbibulla Eynulla oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil İran |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Qaydau kəndi |
Vəfat səbəbi | Odlu silahdan atəş |
Dəfn yeri | Mariyampole Zabitlər Məzarlığı |
Vətəndaşlığı |
Qacar imperiyası SSRİ |
Atası | Hüseynov Eynulla |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Hərbçi |
Təhsili | Zaqafqaziya Piyada Məktəbi |
Fəaliyyəti | hərbi qulluqçu |
Partiyası | |
Tanınır | İkinci Dünya Müharibəsindəki iştirakına görə |
Mükafatları |
|