IOS
Apple-ın əməliyyat sistemi / From Wikipedia, the free encyclopedia
iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi.[1] 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir.
IOS | |
---|---|
Yaradıcı | Apple |
İstehsalçı | Apple |
Yazılma dili | C, C++, Objective-C, Swift, Java |
ƏS ailəsi | Unix, OS X |
Bazası | macOS |
Mənbə kodu | Qapalı (azad komponentlərdən) |
Buraxılış tarixi | 29 iyun 2007 |
Son versiya | 13.5 — 20 May 2020 |
Yenilənmə tezliyi | istənilən OTA üçün iTunes vasitəsilə |
Yenilənmə üsulu | iTunes və OTA |
Paketlər menecerləri | App Store |
Dəstəklənən dillər | 40 dildə |
Dəstəklənən platformalar | Apple TV, Apple Watch |
Nüvə tipi | (Hibrid)XNU |
İnterfeys | API, Coco Touch (multitaç). |
Lisenziya | EULA |
Vəziyyəti | Aktiv |
Veb-saytı | apples.com/en/ios |
Vikianbarda əlaqəli mediafayllar |
iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir.
iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir.
iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı.
Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir).
İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.[2].