Koroğlu Rəhimov
From Wikipedia, the free encyclopedia
Koroğlu Rəhimov (31 oktyabr 1953, Xaçmaz, Vartaşen rayonu – 3 iyul 1992, Ağdərə, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, leytenant, "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri.
Koroğlu Rəhimov | |
---|---|
Koroğlu İsmayıl oğlu Rəhimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 oktyabr 1953(1953-10-31) |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1992(1992-07-03) (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Bölük komandiri |
Döyüşlər | |
Təltifləri | 1994 |
Koroğlu Rəhimov 17 mart 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdır. "N" saylı hərbi hissənin 2-ci motoatıcı hərbi bölüyünün komandiri olmuşdur. Dəstəsi ilə bərabər Başkənd, Madagiz, Gülüstan, Buzluq, Çartaz, Erkəç, Mənəşli kəndlərini düşmən işğalından azad etmişdir. 1992-ci ildə Ağdərə uğrunda olan döyüşlərdə həlak olmuşdur.[1] Ölümündən iki il sonra, 16 sentyabr 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2] Bakıda yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Haqqında 2 film ekranlaşdırılmış, bir neçə məqalə, kitablar nəşr edilmiş və şeirlər dərc olunmuşdur. Bakıda və Oğuz şəhərində adına küçə var. Bakının Nərimanov rayonunda büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndində 3№-li körpələr evi Koroğlu Rəhimovun adını daşıyır.