Nərimanov rayonu
Bakıda rayon / From Wikipedia, the free encyclopedia
Nərimanov rayonu — Bakıda rayon. Nəsimi, Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları ilə həmsərhəddir. Keçmiş adı Keşlə rayonu olmuşdur.
Nərimanov rayonu | |
---|---|
40°25′ şm. e. 49°53′ ş. u. | |
Ölkə | |
İcra başçısı Bələdiyyə sədri |
Elgin Həbibullayev Təmraz Tağıyev |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 24 noyabr 1931[1] |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Digər | |
narimanov-ih.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur.
Rayonun ərazisi 20,17 km², əhalisi 179800 nəfərdir. Rayon əhalisinin 179800 nəfərini, yəni 49.5 faizini kişilər, 50.5 faizini qadınlar təşkil edir. Rayon ərazisində işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 13124 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir.
Nərimanov rayonunda 8 ali, 2 orta ixtisas təhsili müəssisələri, 3 peşə məktəbi fəaliyyət göstərir. Rayonda yerləşən 19 tam orta məktəb, 3 lisey, 1 gimnaziyada 31192 şagird təhsil alır. Rayondakı 27 dövlət körpələr evi — uşaq bağçasında 2310 uşaq tərbiyə alır. Rayonun 4 musiqi məktəbində 1994 şagird təhsil alır.
Metropolitenin "Gənclik", "N. Nərimanov", "Ulduz" və "Bakmil " metro stansiyaları rayon ərazisindədir.
Rayonun seçkili yerli özünüidarəetmə orqanı Nərimanov bələdiyyəsidir.
Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 19 saylı Nərimanov I seçki dairəsi, 20 saylı Nərimanov II seçki dairəsi formalaşdırılmışdır.