Koronar stent
From Wikipedia, the free encyclopedia
Koronar stent — ürəyin işemik xəstəliyinin müalicəsində damarları açıq saxlamaq üçün ürəyi qanla təmin edən koronar arteriyalara yerləşdirilən boru formasında olan cihaz. Perkutan koronar müdaxilə (PKM) adlanan prosedurda istifadə olunur. Hazırda, koronar stentlər PKM prosedurlarının 90% -dan çoxunda istifadə olunur.[1]
Stentlər stenokardiyanı (sinə ağrısını) azaldır və kəskin miokard infarktı zamanı sağ qalmaq ehtimalıni çoxaldır və yan təsirləri azaldır.[2][3]
Oxşar stentlər və prosedurlar koronar olmayan damarlarda (məsələn, periferik arteriya xəstəliyi üçün ayaqlarda) istifadə olunur.