Kəlbəcər döyüşü — Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-ünə kimi gedən döyüş. Döyüş Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə nəticələnmişdir.
Cəld faktlar Tarix, Yeri ...
Kəlbəcər döyüşü |
---|
Kəlbəcəri tərk edən azərbaycanlı qaçqınlar |
Tarix |
27 mart – 3 aprel 1993 |
Yeri |
Kəlbəcər rayonu, Azərbaycan |
Nəticəsi |
Ermənistanın qələbəsi |
|
|
Naməlum Rusiyanın 128-ci hərbi alayı[1]
|
Naməlum
|
|
|
|
Bağla
Kəlbəcər rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibinə daxil olmasa da, Qarabağ bölgəsinin hissəsi olduğundan, Ermənistan və Azərbaycan ordusu buraya görə beş il döyüşmüşlər. Döyüş nəticəsində, erməni qoşunları Dağlıq Qarabağ hüdudlarından kənara çıxmışdı. DQMV və Ermənistanın sərhədləri arasında yerləşən Kəlbəcər rayonuna bir neçə kəndlər və onun paytaxtı Kəlbəcər aiddir. Rusiya mənbələrinə görə, Ermənistanda yerləşdirilən 128-ci alayın (7-ci Rusiya Ordusu) dağ qoşunları Kəlbəcəri blitzkriq əməliyyatı ilə ələ keçirdi.[2] İlk ağır müqavimətdən sonra, Azərbaycan qoşunları tezliklə dağıldı və rayon mərkəzi 1993-cü il aprelin 3-də işğal olundu.