Leyli və Məcnun
From Wikipedia, the free encyclopedia
Leyli və Məcnun (ərəb. مجنون و ليلى, fars. لیلی و مجنون, özb. Layli va Majnun) — Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış dastan-rəvayətdir. Tarixi hadisələrə əsaslanan rəvayət VII əsrdə müasir Səudiyyə Ərəbistanı ərazisində yaşamış Qeys ibn Muləvvəh adlı gəncin həyatı və Leyli adlı qıza olan nakam sevgisindən bəhs edir.
Leyli və Məcnunun faciəvi hekayəsi Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının mədəniyyətinə əhəmiyyətli təsir göstərmişdir. 1186-cı ildə Nizami Gəncəvi həmin rəvayət əsasında ilk dəfə poema yazmışdır. Leyli və Məcnun mövzusu Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyni adlı operasında öz əksini tapmışdır. Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzuli də 1536-cı ildə Leyli və Məcnun mövzusunda Azərbaycan dilində poema yazmışdır.
2023-cü ildə XXI əsrin ədəbi hadisəsi olan Azərbaycan yazıçısı Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı çap olundu.[1][2][3] Bu dastanın motivləri əsasında yazılmış roman həm bu mövzüda nəsrlə yazılmış ilk əsər, həm də dünya fəlsəfə və sufizm tarixində yeni "Eşq dini fəlsəfəsi"nin əsasını qoyan bir əsər kimi oxucuların diqqətini cəlb etmişdir.[4][5]
Leyli və Məcnun mövzusuna sufi və bəhai müəlliflərin əsərlərində də rast gəlinir.