Leyli və Məcnun (Füzuli)
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Leyli və Məcnun (dəqiqləşdirmə).
Leyli və Məcnun (az-əbcəd. لیلی و مجنون) — XVI əsr şairi Məhəmməd Füzuli tərəfindən yazılmış və "Məcnun" ("Dəli") ləqəbi ilə tanınan Qeys adlı gənc oğlanın Leyli adlı gözələ sevgisindən bəhs edən liro-epik poemadır. Poema 1537-ci ildə[1] Azərbaycan dilində[1][2][3][4][5][6] yazılmışdır. Bu poema Füzulinin şah əsəri hesab edilir.[2] 3096 beytdən ibarət olan poema Bağdadın osmanlı hakimi Üveys Paşaya həsr olunmuşdur.[1] Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Füzulinin "Leyli və Məcnun" poemasının motvləri əsasında ilk Azərbaycan operası olan "Leyli və Məcnun" operasını yazmışdır.
Cəld faktlar Leyli və Məcnun, Janr ...
Leyli və Məcnun | |
---|---|
az-əbcəd. لیلی و مجنون | |
Janr | məsnəvi |
Müəllif | Məhəmməd Füzuli |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1537 |
Leyli və Məcnun Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla