Münxen aviasiya qəzası
6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası / From Wikipedia, the free encyclopedia
1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası — 6 fevral 1958-ci ildə Münhen-Roma hava limanında baş vermiş təyyarə qəzası. İngilis hava yolu şirkəti "British European Airways"ə məxsus BE609 nömrəli reysi ilə Belqrad-Münhen-Mançester marşrutu ilə uçan təyyarəsi "Airspeed AS.57"ın Münhen hava limanında üçüncü uçuş cəhdindən sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində ingilis futbol klubu "Mançester Yunayted"in futbolçuları, məşqçiləri, azarkeş və jurnalistlər var idi.[1] Təyyarədəki 44 nəfərdən 23-ü həlak olmuş, 19 nəfər isə yaralanmışdı. Yaralılar Münhen xəstəxanasına aparılmışdı.
609 BEA nömrəli reys, 1958-ci ilin 6 fevralında Münhendə Aviasiya qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza növü | Uçuş zolağından kənara çıxma |
Qəza səbəbi | Uğursuz qalxma cəhdi |
Yer | Almaniya, Münhen şəhəri, Münhen-Roma aeroportu |
Koordinatlar | 48°07′34″ şm. e. 11°40′39″ ş. u. |
Ölkə | |
Sərnişin sayı | 40 |
Komanda | 6 |
Yaralı sayı | 19 |
Ölü sayı | 23 |
Aviasiya modeli | Airspeed AS-57 Ambassador |
Havayolu şirkəti | British European Airways |
Qalxma yeri | Münhen |
İstiqamət | Mançester, İngiltərə |
Uçuş nömrəsi | BE609 |
Qeydiyyat nömrəsi | G-ALZU |
Vikianbarda əlaqəli mediafayllar |
Komanda UEFA Çempionlar Kuboku matçından sonra Belqraddan evə qayıdırdı, lakin təyyarə yanacaqdoldurma üçün Münhenə məcburi eniş etmişdi (təyyarənin yanacaq çənlərinin tutumu Belqraddan Mançesterə birbaşa uçuşa imkan vermirdi). Təyyarəyə yanacaq doldurduqdan sonra pilotlar iki dəfə təyyarəni qaldırmağa cəhd etdilər, lakin hər iki cəhd sol mühərrikdə artan titrəyişlər səbəbi ilə mümkün olamadı. Qrafikdən çox da geri qalmaq istəməyən ekipaj komandiri gecəni Münhendə keçirmək istəməyərək üçüncü qalxma cəhdinə qərar verdi.
Üçüncü göyə qalxma cəhdində, güclü qar yağmağa başladı və bu səbəbdən uçuş zolağının sonunda iri qar tərəsi yaranmışdı. Qar təpəsinin içərisinə girən təyyarə havaya qalxmaq üçün lazım olan sürətini itirdi və uçuş zolağının sonunda olan çəpərə çırpılaraq, və sol qanadı ilə yaxınlıqdakı bir evə toxundu. Təyyarədəki 44 nəfərdən 21-i dərhal öldü, bir çoxu isə huşunu itirdi. Təyyarənin yanacaq çəninin partlayacağından ehtiyat edən təyyarə komandiri qalan sərnişinlərə və heyət üzvlərinə təyyarədən çıxmağı və təhlükəsiz məsafəyə getməyi əmr etdi. Buna baxmayaraq, "Mançester Yunayted"in qapıçısı Harri Kreq yaralıların çıxmasına kömək etdi.
Aeroport rəhbərliyi qəzada əsas günahkar kimi təyyarənin komandiri Ceyms Teni göstərdi. Lakin 10 il sonra 1968-ci ildə Ceyms Ten bəraət aldı.
Əvvəlki iki mövsüm İngiltərə çempionluğunu qazanan "Mançester Yunayted" qəza ərəfəsində ardıcıl üçüncü dəfə liqa çempionluğu adı uğrunda mübarizə aparırdı və İngiltərə çempionatında lider "Vulverhempton"dan 4 xal geridə qalaraq ikinci yerdə qərarlaşmışdı. Çempionatda komandaların "Old Trafford" stadionundakı oyunu da daxil olmaqla 11 matç qalırdı.[2] "Yunayted" artıq İngiltərə Super Kubokunu qazanmış və ardıcıl ikinci il idi ki, UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəlmişdi. Komanda 11 matç idi ki, məğlub olmurdu.[3] Qəza səbəbindən MY Premyer Liqanı və UEFA Çempionlar Kuboku uğrunda tam gücü ilə mübarizə apara bilmədi və ingilis futbolu tarixinin ən istedadlı gənc komandalarından birini itirdi. Münhen faciəsindən 10 il sonra, qəzadan sağ çıxan Mett Basbi "Mançester Yunayted"in yeni heyətinə UEFA Çempionlar Kubokunda qələbə qazandırdı. Bu yeni komandanın heyətində 1958-ci il təyyarəsi qəzasından sağ çıxmış iki nəfərdə var idi: Bobbi Çarlton və Bill Foulkes.