McDonnell Douglas DC-10
From Wikipedia, the free encyclopedia
McDonnell Douglas DC-10 Orta və uzun məsafələr üçün nəzərdə tutulmuş üç mühərrikli geniş gövdəli təyyarə. İki mühərrik qanadlarda olarkən, üçüncü mühərrik isə quyruqda, şaquli stabilizatorun altında yerləşdirilmişdir.
DC-10 | |
---|---|
İstehsalçı | McDonnell Douglas |
İlk uçuş | 29 Avqust 1970 |
İstismara verilmə tarixi | 5 avqust 1971 |
İstismarçılar | |
Buraxılış sayı | 446 |
Vikianbarda əlaqəli mediafayllar |
Bazar şəraitində Airbus A300, Boeing 747 və Lockheed L-1011 Tristar ilə rəqabət aparmışdır. İstehsalın başa çatdığı 1988-ci ilə qədər 446 ədəd istehsal edilmişdir. Bundan əlavə, Amerika Hərbi Hava Qüvvələri üçün havadan havaya yanacaq doldurmaq məqsədləri üçün istehsal edilmiş olan KC-10 Extender markalı 30 ədəd xüsusi modeli istehsal edilmişdir. Daha sonralar 1990-cı ildə istifadəyə verilmiş MD-11 ilə əvəz olunmuşdur.
DC-10 üçün planlaşdırılma 1967-ci ildə başlanmışdır. Bu təyyarə, 1967-ci ildə McDonnell Aircraft Corporation və Douglas Aircraft Company şirkətlərinin birləşməsindən sonra McDonnell Douglasın ilk nəqliyyat təyyarəsi olacaqdı. O, xüsusi olaraq American Airlines üçün 747-yə rəqib olmaq üçün hazırlanmışdır. İlk uçuşu 29 avqust 1970-ci ildə baş tutmuşdur. 5 avqust 1971-ci ildə American Airlines tərəfindən kommersiya uçuşları üçün qəbul edilmişdir.
1974-cü il martın 3-də Türk Hava Yollarına məxsus DC-10-10 təyyarəsi Paris yaxınlığındakı Ermononvil meşəsində yük kilidi səhvinə görə qəzaya uğramışdır. Bu qəza nəticəsində335 sərnişin və 11 ekipaj üzvünün hamısı həlak olmuşdur.
İlkin versiya DC-10-lar 10 seriyası kimi tanınırdı və mənzilləri 6,112 km. idi. 20 seriyasında bu məsafə 9,265-dir, 30 seriyasında isə 10,010 km idi.
Sonuncu DC-10-un istehsalı 1988-ci ildə başa çatmış və Nigeriya Hava Yollarına təhvil verilmişdir.
Bu gün onların çoxu yüksək daşıma qabiliyyətinə görə yük təyyarələrinə çevrilmişdirlər. 2008-ci ildə Biman Banqladeş Hava Yollarının DC-10-30 təyyarəsi sərnişin daşımağa davam edən yeganə DC-10 olmuşdur.
7 dekabr 2013-cü il tarixində DC-10 ilə sərnişin daşımağa davam edən Biman Banqladeş Hava Yolları DC-10 ilə sonuncu sərnişindaşıma uçuşunu edəcəyini açıqlamışdır. DC-10 həvəskarları üçün 2014-cü ilin fevralında Dəkkədən İngiltərəyə uçuş təşkil edilmişdir.[1]