Molla Nəsrəddin
From Wikipedia, the free encyclopedia
Molla Nəsrəddin (az-əbcəd. ملانصرالدین) və ya Xoca Nəsrəddin (osman. الدین خواجه; 1208 – 1284[1], Akşehir, Konya ili) — Rum sultanlığı dövründə Xorto və Ağşəhər yaxınlıqlarında yaşamış əfsanəvi şəxs.
Bu məqalə Molla Nəsrəddin haqqındadır. Digər mənalar üçün Nəsrəddin səhifəsinə baxın. |
Molla Nəsrəddin | |
---|---|
Nəsruddin Nüsrət | |
| |
Doğum tarixi | 1208 |
Vəfat tarixi | 1284[1] |
Vəfat yeri | |
Uşaqları | iki qız ve bir oğlan: Fatime ve ya Xatun, Dürrü Mələk, Ömər |
Atası | Abdulla və ya Şəmsəddin (Tarixi mənbələrə görə atasının adı Abdulla, qızlarından birinin adı Fatimə olaraq qəbul edilmişdir. Yeni tədqiqatlar nəticəsində atasının adının Şəmsəddin, Fatimə olaraq bilinən qızının adının isə Xatun olduğu irəli sürülmüşdür). |
Fəaliyyəti | qazı və filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Xoca Nəsrəddinin həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğuna dair bəzi mənbələr mövcuddur. Bu mənbələrdən əldə edilən məlumatlara əsasən 1208-ci ildə Xorto kəndində anadan olmuş Xoca Nəsrəddin burada əsas təhsilini aldıqdan sonra Sivrihisar mədrəsəsində biliklər mənimsəmiş, atasının ölümündən sonra öz kəndinə geri dönərək, burada kənd şeyxülislamı vəzifəsinə təyin olunmuşdur. Bir müddət sonra Xoca Nəsrəddin dövrün sufist düşüncə mərkəzlərindən olan Ağşəhərə gəlmiş, Mahmud-i Heyraninin dərvişi olaraq Mövləvilik, Yəsəvilik və ya Rifailik təriqətlərinə mənsub olmuşdur. Ağşəhərdə mülki vəzifələri üzərinə götürən və eyni zamanda Ağşəhər yaxınlıqlarındakı ərazilərdə də qısa müddətli yaşadığı düşünülən Xoca Nəsrəddinin 1284-cü ildə Ağşəhərdə vəfat etmiş, hal-hazırdakı Nəsrəddin Xoca türbəsində dəfn edilmişdir. Deyilənlər, hekayələr ətrafında inkişaf edən əfsanəvi şəxsiyyət Xoca Nəsrəddinin ölümü ilə eyni əsr ərzində ortaya çıxmış Nəsrəddin Xoca adının həsr edildiyi abidələr əsrlərlə onlarla ifadə edilən rəqəmlərdən minlərə qədər yüksəlmişdir. Əsasən hazırcavab bir şəxs olaraq əks etdirildiyi hekayələrlə yanaşı eləcə də Nəsrəddin Xocanının mənasız sözlər söyləyən ağıldan kəm biri olaraq təqdim edildiyi özündə fərqli şəxsiyyət xüsusiyyətlərini saxlayan hekayələrdə mövcuddur.