NGC 4594
From Wikipedia, the free encyclopedia
NGC 4594 və ya Sombrero qalaktikası (Messier obyekti 104, M104), Yeni Baş Kataloqda qeydə alınmış Qız bürcündə yerləşən,Yerdən 9,55 Mpc(31,100,000 i.i.)[7] məsafədə yerləşən spiralqalaktikadır[8]. Qalaktika Meksika şapkasına (sombrero) bənzədiyindən bu cür adlandırılmışdır. Yerdən 28 milyon işıq ili uzaqlıqdadır. Göy üzündə Qız bürcü istiqamətində yerləşir. Spiral tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.[9]
Qalaktika | |
NGC 4594 | |
---|---|
Tədqiqat tarixi | |
Kəşf edən | Çarlz Messier |
Kəşf tarixi | 1781 |
İşarələmə | PGC 42407 • M 104 • MCG -2-32-20 • UGCA 293 • IRAS 12373-1120 • Sombrero galaxy |
Müşahidə məlumatları (J2000 dövrü) |
|
Bürc | Qız |
Birbaşa çıxma | 12s 39d 59.3san[1] |
Meyl | -11° 37′ 12″[1] |
Görünən ölçüləri | 8.60 x 4.2[2] |
Görünən ulduz ölçüsü mV | 8 ± 0,06[3] |
Xüsusiyyətləri | |
Tipi | Sa |
Radial sürəti | 1.095 km/san[4][5] |
Qırmızıya sürüşmə | 0,003416 ± 0, 0,003413[6] |
Məsafə | 29.300.000 ± 1.600.000 işıq ili, 11,27 Mpk[4] |
Səth parlaqlığı | 11.6[2] |
Verilənlər bazalarında məlumat | |
SIMBAD | M 104 |
Vikiverilənlərdə məlumat ? | |
Vikianbarda əlaqəli mediafayllar |
Qalaktikanın diamerti təxminən 15 Kpc-dir. (50 min işıq ili)[9], bu, Süd yolunun 30%-i təşkil edir. Bu qalaktika çox parlaq bir nüvəyə, qeyri-adi böyük bir mərkəzi çıxıntıya və maili diskində nəzərə çarpan toz zolağına malikdir. Qaranlıq toz zolağı və mərkəzdəki çıxıntı bu qalaktikaya sombrero görünüşünü verir. Astronomlar ilk növbədə haloun kiçik və yüngül olduğunu düşünürdülər ki, buda spiral galaktikanın göstəricisidir, lakin Spitzer kosmik teleskopu Sombrero qalaktikası ətrafındakı halonun düşünüləndən ölçü və kütləcə daha böyük olduğunu aşkara çıxartdı ki, bu da bu qalaktikanın nəhəng eliptik qalaktika olmasının göstəricisidir.[10] Qalaktikanın görünən ulduz ölçüsü +8.0-dir,[11] yəni, həvəskar teleskoplarla asanlıqla görünən bir böyüklükə malikdir və bəzi müəlliflər bu qalaktikanı Samanyolu 10 megaparsek radiusundakı ən parlaq qalaktika hesab edirlər.[12] Onun böyük çıxıntısı, mərkəzindəki supermassiv qara dəliyi və toz zolaqları peşəkar astronomların diqqətini cəlb edir.