Nurəli Xəlifə
Səfəvi dövlətinin türk sərkərdəsi / From Wikipedia, the free encyclopedia
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur.[1][2]
Cəld faktlar Sonrakı, Şəxsi məlumatlar ...
Nurəli Xəlifə | |
---|---|
Nurəli Xəlifə Rumlu | |
1511 – 1515 | |
Sonrakı | Osmanlı işğalı |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | XVI əsr |
Milliyyəti | türkman |
Hərbi xidmət | |
Döyüşlər |
Anadolu yürüşü (1512), Çaldıran döyüşü |
Rütbəsi | general |
Bağla
Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər.