Nəmin şəhristanı
İranda, Ərdəbil ostanında şəhristan / From Wikipedia, the free encyclopedia
Nəmin şəhristanı — İranda, Ərdəbil ostanında şəhristan.
Cəld faktlar Ölkə, Əhalisi ...
Nəmin şəhristanı | |
---|---|
38°23′ şm. e. 48°31′ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Şəhristan Azərbaycan Respublikasının Lerik və Astara rayonları ilə həmsərhəddir. Əhalisi əsasən azərbaycan türkləri və az sayda Azərbaycan Respublikasının Lerik rayonu ilə sərhəddə yaşayan talışlardan ibarətdir. Xalqın 79%-i İslamın şiə cəfəri və 21%-i sünni şafi məzhəblərinə etiqad edirlər.[2] Şiə etiqadlı əhalinin hamısı azərbaycan türkləri olaraq; sünni əhali əsasən talışlardan ibarətdir. Bölgənin Tiğiyə və Rəz kəndlərində yaşayan sünni əhali azərbaycan türkləridır.
İri yaşayış məntəqələri - Nəmin şəhəri, Girdə, Anbaran, Dövlətabad, Vilkic, Sula, Nüvəşnə, Piləçay, Kanaza, Qışlaq çay kəndləridir. Şəhərdə yüzə yaxın kənd vardır.