Pərinçək İsveçrəyə qarşı
From Wikipedia, the free encyclopedia
Pərinçək İsveçrəyə qarşı — Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusu haqqında Türkiyə vətəndaşı Doğu Pərinçəkin 10 iyun 2008-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 15 oktyabr 2015-ci il tarixdə qəbul edilmiş qərar. Ermənistan Hökumətinə prosesə müdaxilə etmək və əlavə olaraq iclasda iştirak etmək hüququ verilib. Türkiyə, Ermənistan və Fransa Hökumətləri işdə üçüncü tərəf qismində çıxış etmişdir.