Pirates of the Caribbean: Armada of the Damned
kompüter oyunu / From Wikipedia, the free encyclopedia
Pirates of the Caribbean: Armada of the Damned (azərb. Karib dənizinin quldurları: Lənətlənmişin Armadası) — "Propaganda Games" tərəfindən hazırlanan və "Disney Interactive Studios" tərəfindən nəşr olunan ləğv edilmiş döyüş-macəra rol videooyunu. Oyun Xbox 360, PlayStation 3 və Microsoft Windows platformaları üçün hazırlanırdı. Oyun "Karib dənizinin quldurları" film franşizası əsaslı ilk açıq-dünya videooyunu olacaqdı. Oyun 1 fevral 2011-ci il tarixində satışa çıxarılacaqdı, ancaq "Propaganda Games"in bağlanmasından bir neçə ay əvvəl, 2010-cu ilin oktyabr ayında ləğv olunmuşdur.
Pirates of the Caribbean: Armada of the Damned | |
---|---|
| |
Hazırlayan | Propaganda Games |
Yayımlayan | Disney Interactive Studios |
Seriya | Karib dənizinin quldurları |
Anons tarixi | 27 may 2009 |
Buraxılış tarixi |
1 fevral 2011 ləğv edilib |
Janrlar |
Döyüş-macəra Açıq dünya oyunu Rol videooyunu |
Rejissorlar | Aleks Piters |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 3 Xbox 360 |
Oyun rejimləri | Birnəfərli oyun |
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) |
İdarəetmə |
Klaviatura və siçan qeympad |
"Qara mirvarinin lənəti" filmindən əvvəl keçən oyunun baş qəhrəmanı hörmət qazanmaq üçün Karib dənizini səyahət edən quldur kapitan Ceyms Sterlinq idi. Oyun məzmunu haqda az məlumatın elan edilməsinə baxmayaraq, filmin əsas hekayəsindən müstəqil olması və yeni personajlar ehtiva etməsi nəzərdə tutulurdu. Geympley gerçək-zamanlı döyüş və silah özəlləşdirmə kimi rol videooyunu elementlərinə sahib idi.
"2009 Electronic Entertainment Expo"da elan olunmasından sonra oyun jurnalistlərdən müsbət rəylər almışdır. "IGN" işçisi Demon Hetfild oyunun "ümidverən bir ekşen rol oyunu olacağını" düşünürdü,[1] "GamesRadar" isə oyunun geympleyini "Assassin's Creed" ilə müqayisə edərək tərifləmişdir. "Disney"in oyunun satışa çıxarılma tarixindən bir neçə ay əvvəl ləğv etməsinə jurnalistlər məyus olmuşdur.