Python (proqramlaşdırma dili)
From Wikipedia, the free encyclopedia
Python dili – interpretasiya olunan, yüksək səviyyəli və ümumi-məqsədli proqramlaşdırma dili. 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python dilinin dizayn fəlsəfəsi boşluqlardan istifadə edərək kod oxunaqlılığını vurğulayır. Bu dilin məqsədi onun dil quruluşu və obyekt-yönümlülüyü ilə proqramçılara xırda və iri həcimli layihələrdə aydın, məntiqli kod yazmağa kömək etməkdir.
Python | |
---|---|
Paradiqmalar | Obyekt yönümlü proqramlaşdırma |
Yaradılma tarixi | 20 fevral 1991[1] |
Müəlliflər | Qvido van Rossum[1] |
Tərtibatçılar | Qvido van Rossum[1] |
Sonuncu versiyası | |
Təsirlənib | ABC (proqramlaşdırma dili)[3], C[4], C++[5], Perl, Java, Lisp, Haskell[6], APL (proqramlaşdırma dili), ICON |
Əməliyyat sistemi | kross-platforma[7] |
python.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Python dinamik yazıla bilən və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir. Müxtəlif proqramlaşdırma paradiqmalarını dəstəkləyir, buna daxildir strukturlu (qismən, prosedurlu), obyekt-yönümlü və funksional proqramlaşdırma paradiqmaları. Onun geniş standart kitabxanası olduğuna görə Pythona "bataryaları daxildir" də deyilir.
Python 1980-ci illərin sonlarında ABC dilinin davamçısı olaraq yaradıldı. Python 2.0 2000-ci ildə təqdim edildi, o özü ilə birlikdə siyahı anlama və zibil toplayıcı sistemlə birgə referans sayıcı xüsusiyyətlərini gətirdi.
Python 3.0 2008-ci ildə təqdim edildi, o dilin böyük reviziyası olduğundan onun əvvələ-uyğunluğu tam deyil və bir çox Python 2 kodu dəyişikliyə ehtiyac olmadan Python 3-də işləyə bilmir.
Python 2 dili 2020-ci ildə rəsmi olaraq dayandırıldı (ilk dəfə 2015-ildə dayandırılması planlaşdırılmışdı) və Python 2.7.18 son Python 2.7 buraxılışı oldu və beləliklə son Python 2.7 buraxılışı da o oldu. Bunun üçün daha heç bir təhlükəsizlik yamağı yada başqa təkmilləşdirmə buraxılmayacaq. Python 2-lər üçün hər şey dayandırılıb, yalnız Python 3.6.x və daha sonrası dəstəklənir.
Bir çox əməliyyat sistemləri üçün Python interpretatorları mövcuddur. Bir qlobal proqramçılar cəmiyyəti azad və açıq-qaynaq kodlu istinad proqram olan CPythonu yazıb və inkişaf etdirir. Python və CPython-un inkişafı üçün qaynaqlari gəlir məqsədi güdməyən qurum olan Python Software Foundation idarə edir və yönləndirir.