Qız qalası (balet)
From Wikipedia, the free encyclopedia
Qız qalası – ilk Azərbaycan baleti[1] və müsəlman şərqində ilk balet.[2][3] Üç pərdə, proloq və epiloqdan ibarət olan baletin musiqisi və librettosu Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyliyə məxsusdur.[1]
Qız qalası | |
---|---|
| |
Tipi | Klassik balet |
Bəstəkar | Əfrasiyab Bədəlbəyli |
Librettist | Əfrasiyab Bədəlbəyli |
Xoreoqraf |
Sergey Gevorkov Vaxtanq Nadiradze-Vronski |
Janr | balet |
Yaradılıb | Qız Qalası əfsanəsi əsasında |
Premyera |
|
Rəssam | Fyodor Qusak |
Vikianbarda əlaqəli mediafayllar |
Baletin premyerası 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuşdur. Quruluşçular Sergey Gevorkov və Vaxtanq Nadiradze-Vronski, rəssam isə Fyodor Qusak olmuşdur.
Baletin yeni redaksiyası 24 oktyabr 1999-cu ildə işlənmişdir. Yeni redaksiyanın müəllifi Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Mədinə Əliyeva və Gülağası Mirzəyev olmuşlar. Yeni musiqi redaktəsinin müəllifi isə Fərhad Bədəlbəylidir. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak etmişlər.