Qəznəvilər dövləti
From Wikipedia, the free encyclopedia
Qəznəvilər (fars. غزنویان Qəznəviyyə) — 963–1186-cı illərdə Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş[5][6][7] türk məmlük xanədanlığı.[8] Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.[5][7][9][10]
İmperiya | |||
Qəznəvilər dövləti | |||
---|---|---|---|
Qəznəviyyun غزنويون غزنویان | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Qəzni | ||
Dilləri | türk dilləri | ||
Rəsmi dilləri |
Türk dili (saray və ordu dili)[1] Fars dili (rəsmi və ədəbi dil)[2][3] Ərəb dili (dini) |
||
Dövlət dini | İslam(Sünni) | ||
Ərazisi | 3.400.000 km²(1029)[4] | ||
İdarəetmə forması | Monarxiya | ||
Sultan | |||
• 961-962 | Alp Təkin (ilk) | ||
• 1160-1186 | Xosrov Məlik (son) | ||
Vikianbarda əlaqəli mediafayllar |
Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi.[11][12] Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. Lahora çəkilən Qəznəvilər hakimiyyətlərini burada davam etdirməyə başladılar. 1186-cı ildə son Qəznəvi hökmdarı Xosrov Məlikin Qurilər tərəfindən əsir alınması ilə Qəznəvi dövləti tamamilə süqut etdi.[13]