Romaciron
From Wikipedia, the free encyclopedia
Romaciron (ローマ字論?) – yapon dilinin ənənəvi yazı sisteminin (kanci və kana) latın qrafikasına əsaslanan yazı sistemi (romaci) ilə əvəz olunması təklifi. Yapon dilinin romanizasiya üçün Hepbörn, Nihon-şiki və Kunrey-şiki sistemləri təklif olunmuşdur.
Meyci dövründən etibarən Yaponiyada latın qrafikalı əlifbanın qəbul edilməsi üçün bir çox cəhd və təklif başa tutsa da, romaci bir çox səbəbə görə heç vaxt Yaponiyada əsas yazı sistemi kimi qəbul olunmamışdır: kanci və kananın yapon mədəniyyətinin bir hissəsi kimi qəbul olunması; əhalinin ənənəvi yazı sisteminə uzun müddətdir ki, öyrəşməsi; romanizasiya üçün istifadə olunacaq sistemin seçilməsi barədə konsensusun əldə olunmaması əsas səbəblərdir.[1] İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal altında saxlamış ABŞ rejimi yapon yazı sistemində romacini qəbul etdirmək üçün cəhdlər göstərsə də, uğursuz olmuşdur.