Rona üzərində ulduzlu gecə
From Wikipedia, the free encyclopedia
Rona üzərində ulduzlu gecə (sentyabr 1888, fransızca: Nuit étoilée sur le Rhône), Vinsent van Qoq-un gecə saatlarında Arl şəhərini təsvir etdiyi rəsmlərindən biridir. Əsər Van Qoqun kirayə qaldığı "Place Lamartine"dəki Sarı evdən cəmi bir-iki dəqiqəlik məsafədəki Rona sahilində rəngləndi. Gecə səması və gecə işığının təsiri onun Kafe terasındakı gecə (eyni ayda rənglənmişdir), Sen-Remi-də çəkilən Ulduzlu gecə kimi daha məşhur rəsmlərinin bəzilərini mövzuyla təmin etmişdir.[2]
Rona üzərində ulduzlu gecə | ||
---|---|---|
fr. Nuit étoilée sur le Rhône | ||
| ||
Rəssam | Vinsent Van Qoq | |
Tarixi | Sentyabr 1888 | |
Üslubu | peyzaj | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 720 mm × 921 mm | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | Orse muzeyi | |
Saytı | vggallery.com/painting/p… | |
İnventar nömrəsi | RF 1975 19 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin eskizi, Van Qoq-un dostu Ejen Boş-a, 2 oktyabr 1888-ci ildə göndərdiyi məktubda yer alır.[3]
Hal-hazırda Parisdəki Orse muzeyində olan Rona üzərində ulduzlu gecə ilk dəfə 1889-cu ildə Parisdə "Müstəqil Rəssamlar Cəmiyyəti"nin(Société des Artistes Indépendants) illik sərgisində nümayiş etdirildi.[4] Əsər Vinsentin qardaşı Teo tərəfindən əlavə edilmiş Van Goqun "Süsənlər" ilə birlikdə nümayiş olundu, baxmayaraq ki, Vinsent rəsmlərindən birini Arldakı bağlardan götürməyi təklif etmişdi.