Süsənlər
From Wikipedia, the free encyclopedia
Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir.
Süsənlər | ||
---|---|---|
Les Iris | ||
| ||
Rəssam | Vinsent van Qoq | |
Tarixi | 1889 | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 74,3 sm[1] × 94,3 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Getti Muzeyi | |
Saytı |
vggallery.com/painting/p… vangoghgallery.com/catal… |
|
İnventar nömrəsi | 90.PA.20 | |
Vikianbarda əlaqəli mediafayllar |
Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur.