Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması (2020)
From Wikipedia, the free encyclopedia
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması — 9 noyabr 2020-ci il tarixində Rusiyanın Mi-24 hücum helikopteri (NATO kod adı: "Hind") Azərbaycan Silahlı Qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsi zamanı vurulur. Helikopter daşınabilən hava hücumundan müdafiə sistemi ilə yerdən açılan atəş nəticəsində Ermənistanın Yerasx kəndi yaxınlığında, Azərbaycanın Naxçıvan Muxtar Respublikasından bir neçə kilometr aralıda vurulur[1]. Ekipaj üzvlərindən ikisi ölür, biri isə yaralanır[2][3][4]. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib, atışmanın səhvən baş verdiyini və bununla bağlı təzminat təklif edib[5].
Cəld faktlar Ümumi məlumatlar, Tarix ...
Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | Daşınabilən hava hücumundan müdafiə sistemi tərəfindən vurulması |
Yer | Yerasx yaxınlığı, Ararat mərzi, Ermənistan |
Sərnişin sayı | 3 |
Yaralı sayı | 1 |
Ölü sayı | 2 |
Helikopter | |
Helikopter modeli | Mİ-24 helikopteri |
Havayolu şirkəti | Rusiya Hərbi Hava Qüvvələri |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla