Seitumer Emin
From Wikipedia, the free encyclopedia
Seitumer Emin (krımca:Seitümer Ğafar oğlu Emin, 15 may 1921, Bağçasaray rayonu[d] – 21 mart 2004, Novorossiysk, Krasnodar diyarı) — Krım tatarı əsilli yazıçı, şair və İkinci Dünya müharibəsində iştirak etmiş partizan.[1] İkinci Dünya müharibəsindən əvvəl şeir yazmağa başlayan nəsil ilə 1960-cı illərdə şeir yazmağa başlayan nəsil arasında əlaqə yarada bilən şairlərdən biri olmuşdur. Şeirləri "Bəyaz Çiçəklər" (1968) və "Atəşli Günler" (1969); Rus dilindəki şeirləri "Alov dalğaları" (1977), "Yol" (1980), "Sesler" (1983) və "Menim Sesim" (1987) şeir kitablarında çap olunmuşdur. Əsərlərində vətənə sevgi, xeyirxahlıq, ədalət, xalqın gələcəyi və nəsillərin davamlılığı kimi mövzularda düşüncələrini ortaya qoymuşdur.[2]
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Seitumer Emin | |
---|---|
Seitümer Ğafar oğlu Emin | |
Doğum tarixi | |
Doğum yeri | Bağçasaray |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Novorossiysk |
Dəfn yeri | |
Milliyyəti | Krım tatarı |
Təhsili | Özbəkistan Milli Universiteti |
Fəaliyyəti | Yazıçı, şair |
Əsərlərinin dili | Krım tatar dili, rusca |
Mükafatları |
Bağla