Teorem
From Wikipedia, the free encyclopedia
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər.
Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir [1].
Teoremlərin dörd növü vardır:
- Düz teorem
- Tərs teorem
- Əks teorem
- Əks-tərs teorem
Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.