Tokio Milli Muzeyi
From Wikipedia, the free encyclopedia
Tokio Milli Muzeyi (東京国立博物館, Tokyo Kokuritsu Hakubutsukan?) — Yaponiyanın ən qədim və ən böyük muzeyi. Muzeyin təxminən 100 min m². sahədə beş binası var: Əsas bina, Şərq binası, Heyseykan binası, Mərasim binası, Kuroda Memorial zalı.
Tokio Milli Muzeyi | |
---|---|
Əsası qoyulub | 1872[1] |
Açılış tarixi | 17 aprel 1872[2] |
Ölkə | |
Ziyarətçi sayı |
|
35°43′08″ şm. e. 139°46′35″ ş. u. | |
tnm.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Tokio Milli Muzeyi nəhəng bir mədəniyyət mərkəzidir. Burada Qədim və Orta əsrlərə aid yapon incəsənətinə, eləcə də İpək Yolu boyunca Asiyadan olan incəsənət və mədəniyyət əsərlərinin geniş kolleksiyası toplanılıb, qorunur və nümayiş etdirilir.[4]
Muzeydə yunan-buddist sənətinin böyük kolleksiyası, həmçinin, fiziki şəxslər və təşkilatlar tərəfindən əmanət edilmiş 2651 mədəni sərvət var. Rəsmi olaraq muzeydə 89 milli xəzinə, 319 Horyuci xəzinəsi və 649 əhəmiyyətli mədəni əmlak daxil olmaqla təxminən 120.000 mədəni əmlak var. Bunlardan 3000 əşya eyni anda nümayiş etdirilir, hər bir element 4–8 həftə ərzində dəyişdirilir.[5]
Muzey Tokionun Ueno Şəhər parkında yerləşir. Muzeyin ərazisində restoran və mağazalar, eləcə də açıq hava sərgiləri və ziyarətçilərin mövsümi mənzərələrdən həzz ala biləcəyi bağ var.