UEFA Çempionlar Liqası 2022/2023
UEFA Çempionlar Liqasının 68-ci mövsümü / From Wikipedia, the free encyclopedia
UEFA Çempionlar Liqası 2022/2023 – UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 68-ci mövsümü və turnirin adı "Çempion Klublar Kuboku"ndan "UEFA Çempionlar Liqası"na dəyişdirilməsindən sonra 31-ci mövsümüdür.
UEFA Çempionlar Liqası 2022/2023 | |
---|---|
Yarış məlumatları | |
Tarix |
Təsnifat mərhələləri: 21 iyun – 24 avqust 2022 Qrup mərhələsi və finala doğru gedən matçlar: 6 sentyabr 2022 – 10 iyun 2023 |
Başlama tarixi | 21 iyun 2022 |
Bitmə tarixi | 10 iyun 2023 |
Komanda sayı |
32 (qruplarda) 78 (ümumi) |
Yekun nəticəsi | |
Çempion | Mançester Siti (1-ci dəfə) |
İkinci | İnter |
Yarış statistikası | |
Oyun sayı | 125 |
Qol sayı | 372 (matç başına: 2.98) |
Tamaşaçı sayı | 6194200 matç başına: 49554 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Erlinq Haaland (12 qol) |
← 2021–22 2023–24 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final qarşılaşması 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirildi. Stadion əslində 2019/20 Çempionlar Liqası mövsümünün finalına ev sahibliyi etməsi üçün təyin edilsə də, COVID-19 pandemiyası ucbatından bu baş tutmamışdı. Final matçında "Mançester Siti" rəqibi "İnter"ə 1–0 hesabı ilə qalib gələrək ilk dəfə turnirin kubokuna yiyələndi. Həmçinin 2023 UEFA Superkuboku çərçivəsində 2022–23-cü illər UEFA Avropa Liqası mövsümünün qalibi "Sevilya" ilə oynamaq hüququ qazandı.