Xanməhəmməd bəy Ustaclı
From Wikipedia, the free encyclopedia
Xan Məhəmməd bəy Mirzə bəy oğlu Ustaclı və ya Məhəmməd xan Ustaclı (ö. 1514, Çaldıran düzü, Maku, Səfəvi imperiyası) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. Məhəmməd xan Ustaclı Türkman tayfası olan Ustaclı tayfasından olmuş, Səfəvi hökmdarı I Şah İsmayılın (1501-1514) dövründə fəaliyyət göstərmişdir. O, Şah İsmayılın Kiçik Asiyadakı və Mesopotamiyadakı fəthlərində mühüm rol oynamış, 1506-cı ildən ölümünə qədər Diyarbəkir hakimliyi vəzifəsini icra etmişdir. Onun barəsində anonim müəllif tərəfindən yazılan “Tarix-i Qızılbaşan” əsərində qısa məlumat verilir:
Xanməhəmməd bəy Ustaclı | |
---|---|
1506 – 1514 | |
Əvvəlki | II Əmir xan Mosullu |
Sonrakı | Qara xan Ustaclı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | Diyarbəkir, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Çaldıran, Səfəvilər dövləti |
Vəfat səbəbi | döyüş |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Mirzə Bəy Ustaclı |
Həyat yoldaşı | Bikisi xanım |
Uşağı | Qılıc bəy |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general, qubernator |
“Onlar I Şah İsmayılın zühurunun əvvəllərində Ərzincan yaxınlığında öz köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkir hakimi idi, az bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi.”[1]
Xan Məhəmməd Çaldıran döyüşündə öldürülmüşdür.[2][3][4][1]