Zəncan
From Wikipedia, the free encyclopedia
Zəncan — Azərbaycanın ən böyük mahallarından biri olan Xəmsə mahalının mərkəz şəhəridir. Şəhər dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir.
Zəncan | |
---|---|
36°40′ şm. e. 48°29′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.638 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 241 |
Digər | |
zanjan.ir | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Zəncanın ətrafında mis, qızıl, civə və sairə qiymətli yataqların olması digər tərəfdən Yaxın, habelə Orta Şərqlə mühüm ticarət yollarının üstündə yerləşməsi onun tarixən ictimai-iqtisadi yüksəlişinə şərait yaratmışdır. Mənbəyini Sultaniyyə dağlarından alan Qızılüzən çayı ilə birləşən Zəncan çayı Xəmsə mahalını bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri, bağ və bostan sahələri bu çaydan başqa bir neçə kiçik çay vasitəsiylə də suvarılır.
Zəncan ərazisi qədim dövrlərdən özünün geniş çəmən əraziləri və otlaqları ilə məşhurdur. Olduqca böyük yeraltı və yerüstü sərvətlərə malik olan bu yerdə, yaşayış üçün lazım olan bütün nemətlər kifayət qədər mövcuddur. Zəncan ətrafında buğda, arpa, düyü və digər dənli bitkilərlə birlikdə müxtəlif növlü, habelə olduqca keyfiyyətli meyvələr də yetişdirilir.