Övliya Çələbi
From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Çələbi.
Övliya Çələbi (Osmanlı dili: اوليا چلبي; 25 mart 1611[1][2][…], Konstantinopol – 1682[3][2][…], Qahirə)[4] — XVII əsrin qabaqcıl səyyahlarından və nəsr yaradıcılarındandır. Əlli ildən çox[5]Avropa, Qərbi Asiya və Misirdə olub və "Səyahətnamə" adlı 10 cildlik əsərdə gördüklərini toplayıb. Tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillindir.