İran əhalisi
From Wikipedia, the free encyclopedia
MKİ-ə əsasən İran İslam Republikası dünyada ən çoxsaylı əhaliyə malik XIX ölkədir.[1] İran əhalisi sürətlə artan ölkələrdəndir. Rəsmi sayımlararası 55 ildə (1956–2011) ölkənin əhalisi 4 dəfə artmışdır. Ərazi üzrə orta sıxlığa görə İran Asiya ölkələrinin əksəriyyətindən geri qalır (1 km²-də 46 nəfər). Ölkə əhalisinin 4/5-ü şimal və şimal-qərb regionlarında cəmləşdiyi halda, ərazisinin təxminən 2/3-sini əhatə edən səhra və yarımsəhra regionlarında 1 km²-də sıxlıq 2-3 nəfərdən artıq deyil. Tehran, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Şiraz, Əhvaz və Qum şəhərlərinin əhalisi 1 milyondan artıqdır.[2] 2011-ci il siyahıyaalınmasına əsasən qeyri-şəhər əhalisi içərisində 56.225 nəfər köçəri olaraq yaşayır.