Əfşar boyu
From Wikipedia, the free encyclopedia
Əfşarlar — 24 oğuz boyundan biri.[1] Tarixi əfşarlar qədim oğuzlar,[14][15][16][17] müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir.[18][19][20] Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.[21][22]
Əfşar damğası Mahmud Kaşğari və Əbulqazi Bahadır xana görə Qırğı qartalını təmsil edir. | |||||||||||||||
Ümumi sayı | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
13,500,000–15,000,000 | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Əfşar, Azərbaycan[2][3][4][5][6][7][8][9][10][11][12] fars, türk, türkmən[13] | |||||||||||||||
Dini | |||||||||||||||
Mənşəyi | |||||||||||||||
Oğuz (Türk) | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.[23]
Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.
Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Əfşarlar Oğuzun digər nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güçlü bir boydur.
XI əsrdə Səlcuq fəthləri zamanı onlar Mərkəzi Asiyadan Orta Şərqə miqrasiya etmişdirlər.[22] Onlar qızılbaş tayfalarından biri olmuş və Səfəvi sülaləsinə imperiya qurmaqda yardım etmişdilər.[22] Həmçinin Səfəvi sülaləsinin devrilməsindən sonra yeni hakim sülalənin əsasını qoyan Nadir şah da Əfşar boyunun Qırxlı tirəsindən idi.[24][25] Azərbaycan da (həm cənubi, həm də şimali), Türkiyədə, İranda[26] və Əfqanıstanda hələ də yaşamaqdadırlar. İranda yaşayan əfşarlar hələ də böyük ölçüdə köçəri həyat tərzi sürürlər.[27]
Karamanoğulları bəyliyi Əfşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı,[28][29] Kozanoğlu bəyliyi, Saruxanoğulları bəyliyi isə Saruxanlı qolundandır. Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar ola biləcəyi düşünülür. Həmçinin Bakı xanlığı, Zəncan xanlığı, Xalxal xanlığı və Urmiya xanlığının da qurucuları və hakim sülalələri əfşarlardandırlar.[22] Bundan başqa, Qarabağ xanlığının hakimləri olan Cavanşirlər də Əfşar boyundandırlar.[30]
İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış əfşarlar XII əsrdə Anadoluya köç etmişdilər.
Səfəvilər dövründə Fars və Xuzistandaki əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.
Əfşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.
Türklərin tarixi coğrafiyasında bir çox yerlər əfşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Əfşar boyuna mənsub insanlar yaşamaqdadır.
Türkiyədə Kayseridə, Adanada, Kahramanmaraşda, Konyada, Ankarada, Hatayda, Qaziantepdə, Sivasda, Malatyada, Balıkəsirdə, Aydında, İspartada, Manisada və s. əfşarlar yaşayır. Hər il Kayseridə Dadaloğlu (Əfşar) Şənlikləri təşkil olunur. Əfşarlar qurultayı keçirilir.
Hal-hazırda əfşarların böyük bir hissəsi azərbaycanlıların,[31][32], türkmənlərin[33][34] və ya türkmanların (Oğuz türklərinə verilən ümumi ad) tərkibinə daxil olmuş, onların bir qolunu təşkil etmişdirlər.[35]
Rəşidəddin Həmədaninin bildirdiyinə görə, boyun adı onun qurucusu olan və Oğuz xanın oğlu Ulduz xanın oğlunun adından gəlməkdədir. Əfşar sözünün mənası "mülayim", "ılımlı", "yolagedən" anlamlarına gəlməkdədir.[36]