Beliz 2008 Yay Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Beliz 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olunub. Bu olimpiada Belizin müstəqil ölkə kimi yarışlara qatıldığı sayca səkkizinci, ümumilikdə isə onuncu olimpiada idi. Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.
Beliz Olimpiya Oyunlarında | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
2008 Yay Olimpiya Oyunları Pekin |
||||||||||
İştirakçılar | 4 idmançı[1] (idman növü:2) | |||||||||
Bayraqdar | Conatan Vilyams (Açılış) Trisiya Flores (Bağlanış) |
|||||||||
Medallar Yer: 0 |
Qızıl 0 |
Gümüş 0 |
Bürünc 0 |
Ümumi 0 |
||||||
Olimpiya tarixi (ümumi) | ||||||||||
Yay Olimpiya Oyunları |
||||||||||
1968* • 1972* • 1976 • 1980 • 1984 • 1988 • 1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 * Britaniya Hondurası adı altında |
Tarixləri ərzində Yay Olimpiya Oyunlarında medal qazana bilməyən belizli idmançılar, bu oyunlarda da medal qazana bilmədilər. Kişilər arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən atlet Conatan Vilyams ilkin mərhələni keçərək yarımfinala yüksəlib və bununla da olimpiya yarışlarında növbəti mərhələyə yüksələ bilən ilk belizli atlet olub. Vilyams yarımfinal mərhələsində finala çıxa bilmək üçün lazım olan nəticəni əldə edə bilməyib və olimpiadada iştirakını dayandırıb. Kişilər arasında 200 metr məsafəyə qaçış yarışında iştirak edən Ceyson Cons ilə qadınlar arasında uzunluğa tullanma yarışlarında iştirak edən Trisiya Flores isə ilkin mərhələni keçə bilməyiblər. Kişilər arasında 58 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu Alfonso Martinez ilk görüşündəcə ispaniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.