Qeyri-rezidentlər
From Wikipedia, the free encyclopedia
Qeyri- rezidentlər— aşağıdakı şəxsləri əhatə edir.
- Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər;
- Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;
- Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları;
- Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).[1]
- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;
- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;
- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;