This War of Mine
From Wikipedia, the free encyclopedia
This War of Mine (azərb. Bu, mənim muharibəmdir) — 11 bits studios tərəfindən hazırlanan və nəşr olunan müharibədən sonra həyatda qalma videooyunudur. Oyun Bosniya müharibəsi əsnasında 1992-1996-cı illər arasında baş verən Sarayevo müharisəsindən ilham alıb. Oyun cəbhədə döyüşən əsgərlərdən yox, müharibədən zərər çəkən xalq haqqındadır. Xarakterlər, gündəlik təhlükələrdən xilas olmaq üçün bir çox çətin qərarlar vermək məcburiyyətindədirlər. Oyunda verilən qərarlara bağlı olaraq, hər bir xarakter üçün müxtəlif sonluqlar var. "This War of Mine" 2014-cü ilin noyabr ayında Microsoft Windows, OS X və Linux üçün satışa çıxarıldı. Android və IOS versiyaları 2015-ci il iyul ayının 14-də satışa çıxarıldı. PlayStation 4 və Xbox One versiyaları isə 2016-cı il yanvar ayının 29-da This War Of Mine: The Little Ones (azərb. Bu, mənim muharibəmdir: Balaca Olanlar) başlığı altında satışa çıxarıldı.
This War of Mine | |
---|---|
| |
Hazırlayan | 11 bit studios ; War Child (Android & İOS) |
Yayımlayan | 11 bit studios |
Distribüterlər | Deep Silver 11 bit studios |
Buraxılış tarixi | |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janrlar | Həyatda qalma |
Dizaynerlər | Rafal Vlosek Qrzeqorz Mazur |
Ssenaristlər | Masiey Skora Kasper Kviyatkovski Voytek Setlak |
Rəssamlar | Przemislav Marçal Bartek Ridel Yakup Piyotrovski |
Bəstəkarlar | Pyotr Muzyal |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows, OS X, Linux, İOS, Android, PlayStation 4, Xbox One |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2], polyak dili[2], rus dili[2], italyan dili[2], braziliya portuqal dili[2], ispan dili[2], yapon dili[2], koreya dili[2], türk dili[2], sadələşdirilmiş Çin dili[d][2] |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | Qeymped, Klaviyatura, Siçan |
Rəsmi saytı |